Zaur Mirzə-zadə ilə həmkarı Cəfər Cəfərov arasında pul qalmaqalı - FOTO

Zaur Mirzə-zadə ilə həmkarı Cəfər Cəfərov arasında pul qalmaqalı - FOTO
  • Araşdırma / Cəmiyyət / Manşet

  • Asiya informasiya agentliyinin təsisçisi və baş redaktoru Cəfər Cəfərov uzun müddət bir yerdə işlədiyi həmkarı tərəfindən aldadılıb.

    "Sonuncu dəfə Zaur Mirzə-zadədən 26 dekabr 2014-cü ildə evlərinə pulunu istəməyə getdikdə o və atası Xəzər rayon polis idarəsinin 2-ci polis bölməsinə müraciət edib, mənə şər-böhtan ataraq güya onları öldürməklə hədələməyim barədə izahat verdilər."

    Bu barədə açıqlamanı Asiya.az-a Cəfər Cəfərov verib.

    Cəfər Cəfərovun sözlərinə görə, bir vaxtlar redaktoru olduğu Xalq.az xəbər portalının baş redaktoru Zaur Mirzə-zadənin cinayətkar əməllərinin qurbanı olub:

    Zaur Mirzə-zadə ilə həmkarı Cəfər Cəfərov arasında pul qalmaqalı - FOTO

    Zaur Mirzə-zadə

    “Biz onunla uzun müddətdir ki, bir yerdə işləyirdik. Bir iş yoldaşı kimi ona inanıb etibar edirdim. Zaur Mirzə-zadə də mənim olan bütün bu inam və etibarımdan istifadə edərək məni aldadaraq pulumu mənimsəyib. 2013-cü ilin iyun ayında Zaur xaricdən avtomobil gətirmək istədiyini, ancaq maddi vəsaitinin çatmadığını bildirərək məndən 1 aylıq müddətinə borc pul istədi. Mən də ona inandığım üçün Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Ləvəngi” kafesində 8 min manat məbləğində pulu ona verdim. Danışdığımız müddətdən bir aydan çox keçməsinə baxmayaraq o pulu qaytarmadı. Mən yenə də ondan pulun qaytarılmasını tələb etdikdə Zaur yaxın günlərdə Gürcüstandan və ya Bolqarıstandan maşın gətirəcəyini və sataraq olan borcunu ödəyəcəyini bildirdi. Bu cür bəhanələrlə 2014-cü ilin aprel ayına qədər vaxtı uzatdı. Həmin vaxt isə mən Zaura bildirdim ki, qardaşım ali təhsil müəssisəsinə qəbul olunmalıdır. Onun təhsil haqqını ödəmək üçün mənim özümə pul lazımdır. Onda Zaur qardaşımın hansı ali təhsil müəssisəsinə qəbul olunmaq istədiyini soruşdu. Mən qardaşımın ibadət adamı olduğunu, savadını artırmaq üçün Bakı İslam Universitetinə qəbul olunmaq istədiyini bildirdim. Zaur həm bütün Qafqazın Şeyxülislamı Allahşükür Paşazadə, həm onun qardaşı deputat Cavanşir Paşazadə ilə yaxın münasibətlərdə olduğunu və mənə olan borcunun əvəzinə qardaşımı bu ali təhsil müəssisəsinə qəbul etdirməyə söz verdi. Mən yenə də ona inanaraq bu təklifə razılaşdım. Lakin tələbələrin ali təhsil müəssisələrinə qəbul vaxtı qurtardıqdan sonra qardaşımın universitetinə qəbul olunmadığını görüb mən yenidən Zaurdan ya pulumun qaytarılmasını, ya da ki, verdiyi sözə əməl etməsini tələb etdim. Onda Zaur bu işlə əlaqədar Allahşükür Paşazadənin şəxsi mühafizəsinin rəisi Səxavətə müraciət etdiyini və yaxın günlərdə bu işin düzələcəyini bildirdi. Qeyd etmək istəyirəm ki, mən dəfələrlə Zaurla “Ləvəngi” kafesində nahar edərkən onun bu kafenin sahibi həmin Səxavət adlı şəxslə görüşdüyünü və onunla yaxın münasibətdə olduğunu görmüşdüm. Ona görə də yenə də onun sözlərinə inandım. Lakin tələbə qəbulunun son müddəti bitdikdən sonra qardaşım ali təhsil müəssisəsinə qəbul olunmadığı üçün aldandığını başa düşdüm. Mən ondan sonra da dəfələrlə Zaurdan pulumu tələb etsəm də o, müxtəlif bəhanələrlə ondan yayındı”.

    Cəfər Cəfərov deyir ki, sonuncu dəfə Zaur Mirzə-zadədən 26 dekabr 2014-cü ildə evlərinə pulunu istəməyə getdikdə o və atası Xəzər rayon polis idarəsinin 2-ci polis bölməsinə müraciət edib: “Mənə şər-böhtan ataraq güya onları öldürməklə hədələməyim barədə izahat verdilər. Təhqiqatçı, polis baş leytenantı Natiq Abdullayev mənim də izahatımı alandan sonra Zaur Mirzə-zadənin ərizəsi əsasında Cinayət Prosessual Məcəlləsinin 86.1; 39.1.2 və 212.1 maddələrinə əsasən cinayət işinin başlanması rədd edilməsi haqqında qərar verdi”.

    Zaur Mirzə-zadə ilə həmkarı Cəfər Cəfərov arasında pul qalmaqalı - FOTO

    Cəfər Cəfərov

    C.Cəfərov bildirir ki, Z.Mirzə-zadə ondan başqa digər şəxsləri də aldadaraq onların pul və əmlakını mənimsəyib: “Bu şəxslərdən biri də Mərəyev Amid Aşur oğludur. Zaur 2011-ci ildə Amidin Mersedes markalı avtomobilini mətbuat katibi olduğu millət vəkili Gülər Əhmədova üçün aldığını və yaxın günlərdə pulunu verəcəyini bildirmişdir. Pulu bir hissəsini verdikdən sonra, yerdə qalan 1800 dollar məbləğində pulunu mənimsəyib. Amid Mərəyevdə Zaurdan pulunu istəmək məqsədi ilə onların evinə getdikdə Zaur və atası Rəfail əlbir olaraq onada eyni qayda da şər ataraq Xəzər Rayon Polis İdarəsinin şikayət ediblər. Zaur Mirzə-zadə öz ərizəsində qeyd edib ki, “Amid bizim evə gələrək atamı və məni öldürməklə hədələdi. Sonra həyat yoldaşımın sinəsinə əl ataraq, yaxasını cırdı”. Ancaq polis bölməsindən Amidin Zaur və atası tərəfindən şərlənməsi barəsində qərarı var.

    Cəfər Cəfərov iddia edir ki, Zaur öz qayınanası Pərvanə Hüseynovanı və qaynını da aldadaraq pullarını mənimsəyib: “Zaur qaynanasından onun oğlunu Ukrayna Respublikasında ali təhsil müəssisəsinə qəbul etdirmək adı ilə 15 min manat məbləğində pul alıb. Zaur həyat yoldaşından gizlin onun qızıl-zinət əşyalarını lombarda qoyaraq əvəzində pul götürüb. Zərər çəkmiş Pərvanə Hüseynova Zaur Mirzə-zadənin bu cinayətkar əməlləri barədə Xətai rayon məhkəməsinə şikayət edib. Hazırda Xətai rayon məhkəməsində bu iş araşdırılır. Zaurun həyat yoldaşıda Zaurun bu və digər çirkin əməllərinə görə ondan boşanmaq üçün Xətai rayon məhkəməsinə müraciərt edib. Mərəyev Amid də şikayət ərizələri ilə müxtəlif orqanlara müraciət edib. Mən də olan məlumatlara görə Zaur Mirzə-zadə dediyim adamlardan başqa şəxslər də aldadılıb”.

    Həmçinin baş redaktor yaxın günlərdə mətbuat konfransı keçirərək olayla bağlı daha geniş danışacaq, Zaur Mirzəzadənin aldatdığı adamlar da media nümayəndələrinə başlarına gələnləri daha detallı şəkildə anladacaqlar.

    Cəfər Cəfərovun və Amid Mərəyevin Zaur Mirzə-zadə və atası tərəfindən şərləməsini barədə Xəzər rayon polis idarəsinin 2-ci polis bölməsin tədqiqatçıları tərəfindən çıxarılan QƏRARLAR


    Zaur Mirzə-zadə ilə həmkarı Cəfər Cəfərov arasında pul qalmaqalı - FOTO
    Zaur Mirzə-zadə ilə həmkarı Cəfər Cəfərov arasında pul qalmaqalı - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər