Həbsdə olan baş redaktorun səhhəti pisləşdi

Həbsdə olan baş redaktorun səhhəti pisləşdi
  • Mədəniyyət

  • “Asiya” informasiya agentliyinin baş redaktoru Cəfər Cəfərov səhhəti ilə əlaqədar 6 saylı Cəza Çəkmə müəssisəsindən Penitensiar Xidmətin müalicə müəssisəsinə etap edildi.

    Bu barədə baş redaktorun həyat yoldaşı asiya.az-a məlumat verib. “Cəfər “hepatit B” virusunun daşıyıcısıdır. Qara ciyər xəstəliyindən əziyyət çəkir. Son zamanlar börəklərində kəskin ağrılar yaranıb. 2 il idi ki, Bakı İstintaq Təcridxanasında kamera şəraitində saxlanılırdı. 1 aydır ki, 6 saylı Cəza Çəkmə müəssisəsinə köçürülüb. Aprel ayının 18-də müayinə və müalicə məqsədi ilə 6 saylı Cəza Çəkmə müəssisəsindən Penitensiar Xidmətin müalicə müəssisəsinə etap edilib.”

    Qeyd edək ki, C. Cəfərov 4 mart 2015-ci ildə Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun sifarişi ilə BMCMİ tərəfindən saxlanılıb. Haqqında CM-nin 182( hədə-qoxu ilə tələb etmə), 221 (xuliqanlıq) maddələri ilə iş açılıb.

    23 noyabr 2016-cı il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası alıb. Qərardan narazı qalan müttəhim apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi işə yenidən baxıb. 3 mart 2017-ci il tarixində C. Cəfərova 5 il, 6 ay azadlıqdan məhrum etmə cəzası verib.
    PAYLAŞ:

    Oxşar xəbərlər