Maliyyə Bazarlarına Nəzarət Palatası ötən ili 2,3 mln. manat zərərlə başa vurub

Maliyyə Bazarlarına Nəzarət Palatası ötən ili 2,3 mln. manat zərərlə başa vurub
  • Araşdırma / İqtisadiyyat

  • 2016-cı ilin sonuna Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) aktivləri 8 mln. 987 min manat təşkil edir.

    Asiya.az Palatanın açıqladığı hesabata istinadən xəbər verir ki, aktivlərin 3 mln. 352 min manatı qısamüddətli, 5 mln. 635 min manatı isə uzunmüddətlidir.

    Qısamüddətli aktivlərin strukturuna nəzər saldıqda məlum olur ki, burada ehtiyatların payı 58 min manat, qısamüddətli debitor borclarının payı 369 min, pul vəsaitləri və onların ekvivalentlərinin payı 2 mln. 909 min manat, sair qısamüddətli aktivlərin payı isə 16 min manatdır.

    Uzunmüddətli aktivlərin strukturunda isə torpaq, tikinti və avadanlıqların payı 4 mln. 96 min manat, qeyri-maddi aktivlərin payı 1 mln. 496 min manat, sair aktivlərin payı isə 44 min manat təşkil edir.

    Palatanın öhdəlikləri 635 min manatdır ki, bunun da hamısı qısamüddətlidir.

    MBNP-nin nizamnamə kapitalı 5 mln. manat, cəmi kapital isə 8 mln. 352 min manatdır.

    Palata ötən ili 2 mln. 328 min manatlıq zərərlə başa vurub. Hesabat dövrünün sonuna publik hüquqi şəxsin əməliyyat zərəri 2 mln. 314 min manata çatıb. Cari ilin yanvarın 1-ə Palatanın əsas əməliyyat gəliri 2 mln. 222 min manat, əsas əməliyyat xərcləri isə 4 mln. 536 min manat təşkil edib.

    MBNP il ərzində inzibati xərclərə 4 mln. 536 min manat yönəldib.
    PAYLAŞ:

    Oxşar xəbərlər