“Azərbaycan prezidentindən mühüm mesajlar eşitdik”

“Azərbaycan prezidentindən mühüm mesajlar eşitdik”
  • Dünya

  • "Biz bu gün Azərbaycan prezidentindən mühüm mesajlar eşitdik".

    Asiya.az xəəbər verir ki, bunu bu gün IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində BMT-nin Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai söyləyib.

    BMT-nin Ümumdünya Turizm Təşkilatının baş katibi deyib ki, keçmişdə baş verənlər gələcəkdə təkrarlanır: "Qlobal liderlər olaraq biz vahid gəmidə düzgün istiqamətdə irəli getməliyik. Biz insanların azad şəkildə yer dəyişməsini təmin etməliyik. Bu gün bəzi yerlərdə dünya çətinliklərlə qarşılaşır. Dünya bir-birindən asılıdır və biz bir-birimizə daha böyük hörmətlə yanaşmalıyıq”.

    O qeyd edib ki, bu gün dünyada hər 10 işdən biri turizmlə bağlıdır: “Qarşıdakı illərlə turizmin xüsusi çəkisi daha da artacaq. Ancaq səlahiyyətimiz varsa, həm də məsuliyyət daşımalıyıq. 1 milyard 800 milyon insanın hərəkət etməsi milli iqtisadiyyatların inkişafı üçün imkan yaradır”.

    T. Rifai bildirib ki, gənclərin bacarıqları müxtəlif yerlərə getməklə, yer dəyişməklə arta bilər: “İnsanlar səyahət etdikcə, zənginləşir, bir-birini daha yaxşı tanıyır. Bu gün tolerantlıq və anlaşma çatışmır. İnsanlar birləşməli və stereotiplərə qarşı mübarizə aparmalıdırlar. Bu il bütün dünyada Turizm İli kimi qeyd olunacaq. Bu, səylərimizi birləşdirməyə şərait yaradır. Qlobal çağırışlar tərəfdaşlıq yolu ilə aradan qaldırıla bilər. İnsanlara, ətraf mühitə hörmətlə yanaşmalıyıq, bununla özümüzə hörmətimizi ifadə edirik. Azərbaycana həmişə gələcəyik, Azərbaycan gözəl bir yerdir, Odlar Yurdudur, gözəl insanlarınız var"
    PAYLAŞ:

    Oxşar xəbərlər