Yağış yağacaq, dolu düşəcək- Xəbərdarlıq

Yağış yağacaq, dolu düşəcək- Xəbərdarlıq
  • Sosial

  • Mayın 6-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

    Günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

    Mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

    ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 13-16° isti, gündüz 20-25° isti, Bakıda gecə 13-15° isti, gündüz 22-24° isti olacağı gözlənilir.

    Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət 70-80 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam əksər rayonlarda yağış tədricən kəsiləcək. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 11-16° isti olacağı gözlənilir.

    Mayın 7-dək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək. Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, çaylarda sululuğun artacağı ehtimalı var.
    PAYLAŞ:

    Oxşar xəbərlər