Masallıda azyaşlının sünnət edilərkən ölməsi faktı üzrə cinayət işi başlayıb

Masallıda azyaşlının sünnət edilərkən ölməsi faktı üzrə cinayət işi başlayıb
  • Hadisə

  • Masallı rayon Prokurorluğu azyaşlının sünnət edilərkən ölməsi faktı ilə bağlı məlumat yayıb.

    Asiya.az xəbər verir ki, Rayon Prokurorluğundan bildirilib ki, mayın 3-də Masallı rayon Musaküçə kənd sakini, azyaşlı Hüseynov Kənan Abutalıb oğlunun Masallı rayon mərkəzi xəstəxanasında vəfat etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalarla müəyyənləşib ki, 2012-ci il təvəllüdlü Kənan Hüseynov yaşadığı evdə əvvəllər cərrah işləmiş, 2016-cı ilin aprel ayından təqaüddə olan həkim Ramiz Sadıqov tərəfindən sünnət olunarkən halı pisləşib, Mərkəzi Rayon Xəstəxanasına aparılmasına baxmayaraq orada vəfat edib.

    Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. K. Hüseynovun ölümünün səbəblərinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-tibb ekspertizası təyin edilib.

    Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər