Heydər Əliyevin anadan olmasının 94 illik yubileyi münasibətilə Xətaidə təntənəli tədbir keçirilib

Heydər Əliyevin anadan olmasının 94 illik yubileyi münasibətilə Xətaidə təntənəli tədbir keçirilib
  • Sosial / Cəmiyyət

  • Dünən ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayondakı Heydər Əliyev parkında İcra Hakimiyyəti aparatının nümayəndələri, rayon məktəb və bağçalarının, mədəniyyət ocaqlarının, veteranların, sakinlərin iştirakı ilə təntənəli tədbir keçirilib.

    Asiya.az xəbər verir ki, tədbir iştirakçıları Heydər Əliyevin xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri düzüblər. Sonra Xətai rayon məktəblilərinin H.Əliyevin həyat və fəaliyyətindən bəhs edən gül kampazisiyaları, rəsm əsərlərindən ibarət sərgiylə tanışlıq olub.

    Azərbaycan Respublikasınn dövlət himni səsləndirildikdən sonra qonaqlar, veteranlar, ağsaqqallar üçün çay süfrəsi təşkil olunub.

    Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva diqqətə çatdırıb ki, Heydər Əliyevin xatirəsinə yaradılan və onun abidəsinin ucaldığı parkda belə tədbirlərin keçirilməsi görkəmli şəxsiyyət, dahi liderin ruhuna ehtiram əlaməti olmaqla yanaşı, həm də paytaxt sakinlərinin istirahətinin daha mənalı təşkili baxımından gözəl bir addımdır. J. Abdıyeva həmçinin vurgulayıb ki, hazırda Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Milli Məclisin üzvü Hüseynbala Mirələmov, Xətai rayon bələdiyyəsinin sədri Əliyar Əliyev, rayon İcra Hakimiyyəti aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, aparatın baş məsləhətçisi İnal Heydərlinin daxil olduğu nümayəndə heyəti Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Xətai rayonu ilə qardaşlaşmış Türkiyənin Tarsus şəhərində təşkil olunacaq təntənəli tədbirdə iştirak etmək üçün qardaş ölkədə-Türkiyədə səfərdədir. Tədbir Tarsus şəhərindəki ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda təşkil olunacaq.

    Çıxış edən Ali Hərbi məktəbin rəisi Füzuli Salahov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Xətai Rayon İdarəsinin rəisi Mehman Qurbanov, Xətai rayon bələdiyyəsinin üzvü professor Ədalət Fərəcov, rayon Veteranlar Şurasının sədri Nəcibə Məhərrəmova, rayon Ağsaqqallar şurasının sədri Qurbanəli Əlizadə, veteranlar, ziyalılar dahi şəxsiyyətin Azərbaycanın çiçəklənməsindəki xidmətlərindən söz açıblar.

    Tədbir çərçivəsində rayon məktəblilərinin hazırladıqları və Heydər Əliyevinn həyatından bəhs edən şeirlər, musiqilər səslənib. Həmçinin, “Səma”, “Təbəssüm” və “İnci” rəqs qruplarının ifaları, Respublika Uşaq Yaradıcılıq Mərkəzinin kollektivinin hazırladıqları flaşmob tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

    Tədbirin yekununda park ərazisində 60-da çox ağac əkilib, H.Əliyevin vaxtilə bu parkda əkdiyi ağacın ətrafında xatirə şəkilləri çəkdirilib.
    Heydər Əliyevin anadan olmasının 94 illik yubileyi münasibətilə Xətaidə təntənəli tədbir keçirilib
    Heydər Əliyevin anadan olmasının 94 illik yubileyi münasibətilə Xətaidə təntənəli tədbir keçirilib
    Heydər Əliyevin anadan olmasının 94 illik yubileyi münasibətilə Xətaidə təntənəli tədbir keçirilib
    Heydər Əliyevin anadan olmasının 94 illik yubileyi münasibətilə Xətaidə təntənəli tədbir keçirilib
    Heydər Əliyevin anadan olmasının 94 illik yubileyi münasibətilə Xətaidə təntənəli tədbir keçirilib
    PAYLAŞ:

    Oxşar xəbərlər