Prezident İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib

Prezident İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib
  • Cəmiyyət

  • Azərbaycan prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri, Heydər Əliyevin doğmaları və yaxınları Fəxri xiyabanda onun məzarını ziyarət ediblər.

    Asiya.az xəbər verir ki, Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, xatirəsini ehtiramla anıb.

    Azərbaycan Respublikasının dövlət himni səslənib.

    Sonra dövlət başçısı və ailə üzvləri akademik Zərifə Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarlarını ziyarət edərək üzərinə gül dəstələri qoyublar.

    Ziyarət mərasimində baş nazir Artur Rasi-zadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, nazirlər, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları iştirak ediblər.
    PAYLAŞ:

    Oxşar xəbərlər