Şimşək çaxacaq, yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq

Şimşək çaxacaq, yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq
  • Sosial

  • Mayın 12-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

    Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

    Arabir güclənən şimal-qərb küləyi əsəcək.

    Asiya.az xəbər verir ki, ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 12-15° isti, gündüz 18-21° isti, Bakıda gecə 13-15° isti, gündüz 19-21° isti olacağı gözlənilir.

    Atmosfer təzyiqi 760 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 85-95 %, gündüz 60-70 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 11-16° isti, gündüz 19-23° isti, dağlarda gecə 4-9° isti, gündüz 10-15° isti olacağı gözlənilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər