Ordumuz vurdu: Ermənistan çalxalandı - Video

Ordumuz vurdu: Ermənistan çalxalandı - Video
  • Siyasət, İdman

  • Ermənistan ordusunda yüksək rütbəli zabitlərin istefaya göndərilməsi gözlənilir.

    Asiya.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti hərbi mənbələrə istinadən məlumat yayıb.

    Məlumata görə, buna səbəb son hadisələr, Ermənistan ordusunun verdiyi itkilərdir.

    “Mayın 13-də hərbi qulluqçunun həlak olması haqda danışan müdafiə naziri Vigen Sərkisyan günahkarların cəzalandırılacağını açıqladı. Lakin problem bir hərbçinin həlak olması ilə bitmir. Son günlər orduda tez-tez itkilər verilir, postlarda müdafiə nizamnaməyə uyğun qurulmu, həmçinin, qeyri-döyüş şəraitində ölüm hallarının sayı artıb. Azərbaycanın Ermənistan ordusuna məxsus OSA zenit-raket kompleksini vurması isə “son damla” olub. Gözləniləndir ki, bir sıra hərbi hissələrin komandirləri istefaya göndəriləcək, hətta vəzifəsindən çıxarılan hərbiçilər arasında generalların olacağı da deyilir”, - qəzet yazır.

    Qeyd edək ki, dünən Azərbaycan ordusu Ermənistan hərbi birləşmələrinə məxsus “OSA” zenit-raket kompleksini məhv edib.

    PAYLAŞ:

    Oxşar xəbərlər