Rail Rzayevin köməkçisinin yenidən həbs edilməsi üçün keçirilən məhkəmənin qərarı

Rail Rzayevin köməkçisinin yenidən həbs edilməsi üçün keçirilən məhkəmənin qərarı
  • Hadisə

  • Mərhum general-leytenant Rail Rzayevin köməkçisinin həbs edilməsi üçün prokuror tərəfindən verilən kassasiya protesti təmin edilməyib.

    Asiya.az musavat.com-a istinadən xəbər verir ki. Ali Məhkəmədə Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının sabiq komandanı, general-leytenant Rail Rzayevin köməkçisi Aydın Rəfiyevin cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl azad edilməsinə dair qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə prosesi başa çatıb.

    Hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilən qərara əsasən prokurorun kassasiya protesti təmin edilməyib.

    Beləliklə, birinci instansiya məhkəməsinin çıxardığı qərarı qüvvədə saxlayıb.

    Xatırladaq ki, Qaradağ Rayon Məhkəməsində Rail Rzayevin köməkçisi Aydın Rəfiyevin cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinə baxılmışdı.

    Məhkəmə ərizəni təmin edərək A.Rəfiyevi cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azadlığa buraxmışdı.

    Qərardan narazı qalan Bakı şəhər Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Rauf Əsgərov apellyasiya protesti vermişdi.

    Bakı Apellyasiya Məhkəməsi prokurorun apellyasiya protesti təmin etməyərək birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən saxlamışdı. Prokuror yenidən kassadiya şikayəti vermişdi.

    Xatırladaq ki, mərhum R.Rzayevin yavəri Anar Haşımov, köməkçisi Aydın Rəfiyev və onun oğlu Anar Rəfiyev 2009-cu il fevralın 11-də R.Rzayev qətlə yetiriləndən dərhal sonra onun iş otağına qanunsuz müdaxilə edərək oradan külli miqdarda qızıl-zinət əşyaları, xeyli sayda dərman preparatı, DVD-lər və generala məxsus seyfdən 200 min avro məbləğində pul oğurlamaqda təqdirləndirilirdilər.

    Aydın Rəfiyev Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.2.1-ci (mənimsəmə və ya israf etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən edildikdə), 179.2.2-ci (mənimsəmə və ya israf etmə təkrar törədildikdə), 179.2.3-cü (mənimsəmə və ya israf etmə-şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 299.3-cü (ifadə verməkdən boyun qaçırmağa, yalan ifadə verməyə və yaxud yanlış tərcümə etməyə məcbur etmə və ya pulla ələ alma, bu əməllər sağlamlığa zərər vurmaqla, zor tətbiq etməklə törədildikdə), 311.3.1-ci (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 341.2.1-ci (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə - bu əməllər bir qrup şəxs tərəfindən törədildikdə), 341.2.3-cü (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə - bu əməllər ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqdirləndirilirdi.

    A.Haşımov Cinayət Məcəlləsinin 177.3.2, 341.2.1, 341.2.3-cü, Anar Rəfiyev isə 179.2.1, 179.2.2, 179.3.2 və 299.2-ci (ifadə verməkdən boyun qaçırmağa, yalan ifadə verməyə və yaxud yanlış tərcümə etməyə məcbur etmə və ya pulla ələ alma – şahidi, zərərçəkmiş şəxsi yalan ifadə verməyə, eksperti yalan rəy verməyə, habelə həmin şəxsləri ifadə verməkdən boyun qaçırmağa məcbur etmə, şantajla və ya onların yaxın qohumlarını öldürmək, sağlamlığa zərər vurmaq və ya əmlakını məhv etmək hədəsi ilə törədildikdə) maddələri ilə ittiham olunurdu.

    2010-cu ilin noyabrında Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin qərarı ilə Aydın Rəfiyev 9, Anar Rəfiyev 7 il 6 ay, A.Həşimov isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər.
    PAYLAŞ:

    Oxşar xəbərlər