DİN: Masallıda məktəb yoldaşını qətlə yetirən şagird tutulub

DİN: Masallıda məktəb yoldaşını qətlə yetirən şagird tutulub
  • Kriminal

  • Daxili İşlər Nazirliyi Masallıda məktəblinin qətlə yetirilməsi faktı ilə bağlı məlumat yayıb.

    Asiya.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, mayın 27-də Masallı rayonunun Boradigah qəsəbəsi ərazisindən qəsəbə sakini, 17 yaşlı Kənan Əliyev xəstəxanaya gətirilib və orada ölüb.

    Araşdırmalarla K.Əliyevin həmin gün qəsəbə ərazisindəki təhsil aldığı orta məktəbin həyətində 11-ci sinif şagirdi olan İbrahim Rükabzadə tərəfindən döyülməsi müəyyən edilib.

    İ. Rükabzadə Masallı RPŞ-nin əməkdaşları tərəfindən tutulub.

    Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər