“Porsche”-ilə 2 uşaq anasını öldürən Ağəli ev dustağı edilib – FOTO

“Porsche”-ilə 2 uşaq anasını öldürən Ağəli ev dustağı edilib – FOTO
  • Sosial / Cəmiyyət

  • Paytaxtın Bakıxanov qəsəbəsində iki uşaq anası Xəyalə Məmmədovanı “Porsche” markalı avtomobillə vuraraq öldürən 16 yaşlı Ağaəli Fərəcovun biznesmen atasının obyektləri fəaliyyətini davam etdirir.

    Bakupost.az-ın əməkdaşının verdiyi məlumata görə, yeniyetmənin valideyni, milyonçu iş adamı Füzuli Fərəcovun əsas restoranlarından biri Bakıxanov qəsəbəsində yerləşir.

    İş adamına məxsus “Mohito” restoran-klubun, karaoke klubu da var və axşam saatlarında burada müştəri əlindən “iynə atsan yerə düşməz”.

    “Porsche”-ilə 2 uşaq anasını öldürən Ağəli ev dustağı edilib – FOTO

    Bakupost.az-ın müxbiri öyrənib ki, faciəvi qəzanın səbəbkarı olan A.Fərəcov da tez-tez atasının karaoke klubuna gəlirmiş. Onun internet resurslarında yerləşdirilən qəlyan çəkdiyi şəkillər də “Mohito” klubda lentə alınıb.

    “Porsche”-ilə 2 uşaq anasını öldürən Ağəli ev dustağı edilib – FOTO

    Vaxtaşırı sözügedən restorana dostları ilə yığışan gənclərdən biri deyib ki, həmin hadisədən sonra Ağaəlini orada görmürlər. Deyilənə görə, atası tərəfindən cəzalandırılan yeniyetməyə əyləncə qadağan edilib, “ev dustağı” edilib. Onun yalnız məktəbə gedib-gəldiyi deyilir.

    İddialara görə, F.Fərəcov oğlunun istintaqı ilə bağlı dəridən-qabıqdan çıxır və onun təlim-tərbiyə müəssisəsinə göndərilməməsi üçün əlindən gələni edir.

    “Porsche”-ilə 2 uşaq anasını öldürən Ağəli ev dustağı edilib – FOTO

    Müstəntiq Elnur Həsənli istintaqın gedişatı barədə unikal.org-a deyib ki, hələlik Ağəli Fərəcov azadlıqdadır, avtomobili və sənədləri isə polisdədir:

    “Hələlik işin istintaqı gedir. Bütün detallar yaxın zamanda məlum olacaq. İstintaqın nəticəsindən aslı olmayaraq, Ağaəli Fərəcov barəsində xüsusi təlim-tərbiyə xarakterli tədbir görüləcək və bunun üçün hazırlıq gedir.

    Avtomobil cərimə meydançasındadır. Sənədləri də götürülüb. Hələ ekspertizanın rəyləri gözlənilir. İşə qiymət veriləcək. Yol nəqliyyat hadisəsi hansı şəraitdə baş verməsi ilə bağlı bütün parametrlərə baxılacaq.

    Təbii ki, A.Fərəcov vurub, qaçıb. Qaçdığına görə onun günahı var. Yetkinlik yaşına çatmayan cinayət törədənlərlə bağlı komissiya var.

    Həmin komissiya Azərbaycan Respublikasının Qanuna uyğun olaraq tədbir görəcək. Qısa zaman kəsiyində Fərəcov barəsində biz yekun qərarı göndərəcəyik. Müvafiq qurum da onun barəsində tədbir görəcək”.
    PAYLAŞ:

    Oxşar xəbərlər