Zakir Həsənov Türkiyəyə başsağlığı verdi: "Bu dəhşətli hadisədən çox kədərlənirik"

Zakir Həsənov Türkiyəyə başsağlığı verdi: "Bu dəhşətli hadisədən çox kədərlənirik"
  • Siyasət

  • Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Fikri İşık və Türkiyə Baş Qərargah rəisi ordu generalı Hulusi Akara başsağlığı ünvanlayıb.

    Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 31-də Bakı vaxtı ilə saat 21.55-də Şırnak əyalətinin Uludərə rayonundakı Şenoba bölgəsində Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olan hərbçilərlə bağlı Türkiyənin milli müdafiə naziri Fikri İşık və Türkiyə Baş Qərargah rəisi ordu generalı Hulusi Akara başsağlığı ünvanlayıb.

    Asiya.az Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, başsağlığında bildirilir: "Qardaş Türkiyə Respublikasının Şırnak vilayatində baş vermiş helikopter qəzası nəticəsində biri general olmaqla çox sayda hərbi qulluqçunun həlak olması haqqında xəbər məni dərindən sarsıtdı.

    Biz bu dəhşətli hadisədən çox kədərlənirik.

    Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.

    Allah rəhmət eləsin".
    PAYLAŞ:

    Oxşar xəbərlər