Rusiya mətbuatı xəbər verir ki, hadisə Moskvanın Lyubertsk rayonunda baş verib. Azərbaycanlı iş adamı Hikmət Salayevin ortaqlarına 530 min dollar civarinda borcu varmış. Borcunu verməyən iş adamı biznes şərikləri tərəfindən qəbirsitanlığa çağrlılıb. Borcu ala bilməyəcəklərini görən şəriklər onu diri-diri, özü də mobil telefonu ilə birgə qəbiristanlıqda basdırıblar.
Salayev qardaşı İsmayıla zəng etməyə imkan tapıb. Qardaşı onlara 1 milyon 200 min rubl və özünün BMW-535 markalı avtomobilini verib.
İş adamı son anda qəbirdən çıxarılıb və xəstəxanaya yerləşdirilib.