Məhərrəm Əliyevə də vəzifə verildi

Məhərrəm Əliyevə də vəzifə verildi
  • Siyasət / Manşet

  • Prezident İlham Əliyevin sərəncamı ilə Məhərrəm Əliyev ədliyyə nazirinin müavini təyin edilib.

    Qeyd edək ki, M. Əliyev buna qədər Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsində işləyib.

    M. Əliyevin təyinatı ilə ədliyyə nazirinin müavinlərinin sayı 4-ə çatıb. Asiya.az musavat.com-a istinadən digər nazir müavinləri haqda məlumatları təqdim edir:

    Məhərrəm Əliyevə də vəzifə verildi

    Toğrul Sirac oğlu Musayev 1954-cü ildə Bakı şəhərində anadan olub.

    O, 1978-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini, 1993-cü ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib. Universiteti bitirdikdən sonra hüquq fakültəsində müəllim, Respublika Ali Soveti Rəyasət Heyətinin hüquq şöbəsində böyük məsləhətçi, Azərbaycan Respublikası KP MK İnzibati orqanlar şöbəsində hüquq-mühafizə orqanları ilə iş üzrə təlimatçı, Azərbaycan Respublikası Prezidenti İcra Aparatının Dövlət-Hüquq şöbəsində böyük məsləhətçi vəzifələrində işləyib. 1995-ci ildə Baş Prokurorluğa rəhbər işə göndərilərək Kollegiya üzvü, Kadrlar idarəsinin rəisi olub.

    2000-ci ilin iyun ayından Azərbaycan Respublikası ədliyyə nazirinin müavini təyin edilib. II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir.

    Evlidir, 2 övladı var.

    ***
    Məhərrəm Əliyevə də vəzifə verildi

    Vilayət Zahirov 1958-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub.
    O, 1984-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

    Universiteti bitirdikdən sonra prokurorluq orqanlarına işə qəbul olunaraq Bakı şəhər prokurorluğunda böyük müstəntiq vəzifəsi üzrə stajor, Şəki rayon prokurorluğunun böyük müstəntiqi, respublika baş prokuroru yanında, sonradan respublika prokurorluğu İstintaq idarəsində xüsusilə mühüm işlər üzrə müstəntiq vəzifələrində işləyib.

    1995-2004-cü illərdə V.Zahirov Şəki rayon və Gəncə şəhər prokuroru olub. 2004-cü ilin iyun ayında Azərbaycan Respublikası ədliyyə nazirinin müavini təyin edilib.

    II dərəcəli dövlət ədliyyə müşaviri, Azərbaycan Respublikası Prokurorluğunun fəxri işçisidir.

    Evlidir, 5 övladı var.

    Məhərrəm Əliyevə də vəzifə verildi

    Azər Məmməd oğlu Cəfərov 1954-cü ildə Zərdab şəhərində anadan olub.

    O, Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib, Rusiya Elmlər Akademiyasının Dövlət və hüquq institutunun doktorantı olub.

    Hüquqşünas kimi əmək fəaliyyətinə Vəkillər Kollegiyasının üzvü (vəkil) kimi başlayıb, 1982-1986-cı illərdə Ədliyyə Nazirliyinin aparatında böyük məsləhətçi, Məhkəmə orqanları idarəsində şöbə rəisi vəzifələrində işləyib.

    1986-cı ildə prokurorluq orqanlarına keçirilib, Bakı şəhər və respublika prokurorluqlarının cinayət işləri üzrə məhkəmə qərarlarının qanuniliyinə nəzarət şöbələrinin prokuroru, Bakı şəhər prokurorluğunda həmin şöbənin rəisi, 1992-2000-ci illərdə isə Bakı şəhəri Binəqədi və Nərimanov rayonlarının prokuroru, sonra Baş Prokurorluğun hüquqi təminat şöbəsinin rəisi vəzifələrində çalışıb.

    2004-cü ildə Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin rəisi və nazirliyin kollegiyasının üzvü, 2012-ci ilin iyul ayında ədliyyə nazirinin müavini təyin edilib. II dərəcəli dövlət ədliyyə müşaviridir.

    Evlidir, iki övladı var.

    ***
    Məhərrəm Əliyevə də vəzifə verildi

    Ceyhun Əkbər oğlu Həsənov - Ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi, ədliyyə general-mayoru

    Ceyhun Həsənov 1962-ci ildə Salyanr ayonunda anadan olub.

    1994-cü ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib.

    1984-2004-cü illərdə daxili işlər orqanlarında müxtəlif məsul və rəhbər vəzifələrdə çalışıb. 2004-2016-cı illərdə Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis idarəsinin rəisi vəzifəsində işləyib.

    2016-cı ildən ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi vəzifəsində işləyir.

    Ailəlidir, 3 övladı var.
    PAYLAŞ:

    Oxşar xəbərlər