Bakıda maşın bazarında aksiya, əraziyə ÇPA yeridildi

Bakıda maşın bazarında aksiya, əraziyə ÇPA yeridildi
  • Sosial

  • Bakının Babək prospektində yerləşən maşın bazarının sahibkarları etiraza başlayıb.

    Asiya.az xəbər verir ki, sahibkarların Criminal.az saytına verdiyi məlumata görə, etiraza qalxmalarına səbəb icarə haqqı və vergi pulunun bazar rəhbərliyi tərəfindən qaldırılmasıdır.

    Onların sözlərinə görə, hər ay mağazanın icarəsi üçün 1500 manat, əlavə olaraq isə 270 manat vergi pulu verirlər. Lakin bazar rəhbərliyinin işini aparan Həsrət adlı şəxs icarə pulunun, eyni zamanda vergi pulunun 50 manat qaldırıldığını deyir.

    ''Bizdən hər ay vergi üçün 270 manat alınır. İndi də həmin məbləği 320 manata qaldırırlar. Biz də buna etiraz edirik. Bizə verdiyimiz vergiyə görə heç bir sənəd verilmir. Ona görə də bazar rəhbərliyi qarşısında tələblərimiz var. Mağazaları bağlayıb toplaşmışıq. Bazara giriş-çıxışı bağlamışıq. Əraziyə çevik polis alayının əməkdaşları gəlib''-deyə sahibkarlar bildirir.

    Bazar nəzarətçisi olan Həsrət adlı şəxs Criminal.az saytına icarə və vergi pulunun qaldırıldığını təsdiqləyib. Bildirib ki, mağaza sahibləri buna etiraz olaraq toplaşmışdılar. Hazırda onlar sakitləşib və bazar rəhbərliyinin gəlməsini gözləyirlər.
    PAYLAŞ:

    Oxşar xəbərlər