İran parlamentində 4 terrorçu öldürülüb - Yenilənib- Foto- Video

İran parlamentində 4 terrorçu öldürülüb - Yenilənib- Foto- Video
  • Dünya / Manşet

  • İranda bu gün iki yerdə silahlı hücum olunub.

    İran parlamentində terrorçuların zərərsizləşdirilməsi üçün keçirilən əməliyyat başa çatıb.

    APA-nın İran bürosunun xəbərinə görə, Milli Məclisə hücum edən 4 silahlının hamısı məhv edilib.

    Hazırda binada axtarış aparılır.

    Əməliyyat başa çatdıqdan sonra İran parlamentinin spikeri ƏLi Laricini hadisə yerinə baxış keçirib.

    ***

    ***

    İran parlamentindəki atışmalarda 7 nəfər həlak olub.

    Bu barədə informasiyanı "Tasnim" agentliyi yayıb. Agentlik terrorçuların əlində 4 nəfərin əsir olduğunu bildirib.

    ***

    Asiya.az xəbər verir ki, İranda bu gün iki yerdə silahlı hücum qeydə alınıb. İran parlamentinə edilən hücum nəticəsində 1 nəfər mühafizəçi həlak olub. 8 nəfər isə yaralanıb.

    İkinci hücum isə Xomeyninin məqbərəsinə qarşı edilib. 3 nəfər silahlı şəxsin törətdiyi hücum nəticəsində bir nəfər həlak olub, 5 nəfər isə yaralanıb. Kamikadze-hücumçu üzərindəki bomba jiletini partladıb.

    ***

    Naməlum şəxslər İran parlamentinə hücum edərək ətrafa atəş açıb.

    Asiya.az xəbər verir ki, “Fars” və “Mehr” agentlikləri parlamentdən hələ də silah səsləri gəldiyini yazıb. “Tasnim” agentliyi isə parlamentdə bəzi şəxslərin girov götürüldüyünü və silahlı atışmanın davam etdiyini bildirib.

    Həmçinin, üç silahlı şəxsin iki nəfəri yaraladığı vurğulanır.

    ***

    Millət vəkili İlyas Həzrəti İRİB agentliyinə iki kişinin “Kalaşnikov” avtomatı, bir kişinin isə tapança ilə hücum etdiyini bildirib.

    ***

    "Fars" agentliyinin verdiyi məlumata görə, parlamentə hücum edən şəxslər millət vəkilləri ilə görüşmək adı ilə binaya daxil olublar.

    Hazırda parlamentin qapıları bağlanıb və hücum edənlər mühasirəyə alınıb. Son məlumatlara görə, mühafizəçilərdən biri atışma zamanı həlak olub.

    Parlamentdən millət vəkilləri və jurnalistlərin çıxmasına icazə verilmir. Cinayətkarlardan ikisi yaralanaraq tutulub.

    Parlamentdə olan müxbirlər mühafizəçinin həlak olmasını təsdiqləməyib.

    ***

    İnqilab Keşikciləri Korpusu Tehranda bütün strateji binaları, o cümlədən Prezident Aparatı və digər dövlət əhəmiyyətli binaları nəzarətə götürüb.

    Parlamentə hücum edənlərin 20 nəfər olduğu iddia edilir. Hələlik bu xəbər rəsmən təsdiqlənməyib.

    ***

    İRNA parlamentdəki atışmalarda bir nəfərin öldüyünü təsdiqləyib. hücum edənlərin təsdiqlənmiş sayı isə 4 nəfərdir. Terrorçuların sayının daha çox olduğu istisna edilmir.

    ***

    “Fars” agentliyi parlamentə hücum edənlərdən birinin kamikadze olduğunu və üstündə bomba aşkarlandığını bildirib. Hazırda polislərin “canlı bomba”nın ətrafına düzüldüyü vurğulanır.

    ***

    İran parlamentindəki atışmalar zamanı yaralıların sayı 8-ə çatıb.

    ***

    "Əl-Ərəbiyyə"nin Liviya bürosu İran parlamentinə hücumun məsuliyyətini İŞİD terror təşkilatının öz üzərinə götürdüyünü bildirib.

    ***

    “Sputnik” nəşri Xomeyninin məqbərəsində özünü partladan terrorçu-kamikadzenin qadın olduğunu yazıb.

    ***

    Xomeyninin məqbərəsi önündə özünü partladan qadın kamikadzenin partlayışdan sonrakı fotosu sosial şəbəkələrdə yayılıb.

    Xüsusi təyinatlılar isə ikinci kamikadzeni zərərsizləşdiriblər.

    Qeyd edək ki, İran parlamentində də atışma getdiyi bildirilir

    İran parlamentində 4 terrorçu öldürülüb - Yenilənib- Foto- Video
    İran parlamentində 4 terrorçu öldürülüb - Yenilənib- Foto- Video
    İran parlamentində 4 terrorçu öldürülüb - Yenilənib- Foto- Video
    İran parlamentində 4 terrorçu öldürülüb - Yenilənib- Foto- Video
    İran parlamentində 4 terrorçu öldürülüb - Yenilənib- Foto- Video
    İran parlamentində 4 terrorçu öldürülüb - Yenilənib- Foto- Video
    İran parlamentində 4 terrorçu öldürülüb - Yenilənib- Foto- Video




    PAYLAŞ:

    Oxşar xəbərlər