Prezident AŞ PA-nın məruzəçilərini qəbul etdi

Prezident AŞ PA-nın məruzəçilərini qəbul etdi
  • Siyasət

  • Azərbaycan Prezidenti İlham Əliyev iyunun 13-də Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Predanı və Stefan Şennakı qəbul edib.

    Asiya.az xəbər verir ki, AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri səfər çərçivəsində Bakıda keçirəcəkləri görüşlər barədə dövlətimizin başçısına məlumat verdilər.

    Görüşdə Azərbaycan ilə Avropa Şurası Parlament Assambleyası arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər müzakirə olundu, əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıldı.
    PAYLAŞ:

    Oxşar xəbərlər