Prezident bu kənddə 23 il tək yaşayan sakini təltif etdi

Prezident bu kənddə 23 il tək yaşayan sakini təltif etdi
  • Sosial

  • Prezident İlham Əliyev Oqtay Həziyevin 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Asiya.az xəbər verir ki, sərəncamla doğma torpaqlara dərin bağlılıq nümayiş etdirməklə insanların vətənpərvərlik hisslərinin yüksəldilməsində göstərdiyi şəxsi nümunəyə görə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakini Oqtay Əbil oğlu Həziyev 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

    Xatırladaq ki, Həziyevlər ordumuz Lələ təpəni azad edənə qədər olan müddətdə - 23 il boyunca burada düşmənlə üz-üzə yaşayan yeganə ailə idi.
    PAYLAŞ:

    Oxşar xəbərlər