Tramp istintaqa cəlb olunur

Tramp istintaqa cəlb olunur
  • Dünya

  • ABŞ prezidenti Donald Tramp Federal Tədqiqatlar Bürosunun xüsusi nümayəndəsi Robert Müller tərəfindən istintaq prosesinə cəlb olunub.

    Asiya.az "Washington Post"a istinadən xəbər verir ki, bundan əlavə üç nəfər yüksək vəzifəli şəxs Müllerə ifadə verəcək. Bu şəxslər Milli Kəşfiyyat İdarəsinin rəhbəri Deniel Koats, Milli Təhlükəsizlik İdarəsinin rəhbəri Mayk Rocers və onun köməkçisi Riçard Recetdir.

    Qeyd edək ki, Müller Trampın seçki kampaniyası dövründə Rusiya ilə əlaqələrini araşdırır. Bir müddət əvvəl prezident FTB rəhbəri Ceyms Komini bu istintaqa görə işdən azad etmişdi. Bir neçə gün əvvəl isə Robert Mülleri bu prosesdən kənarlaşdıracağı barədə şaiyələr yayılmış, lakin öz təsdiqini tapmamışdı.
    PAYLAŞ:

    Oxşar xəbərlər