3 azərbaycanlı canlı bomba tutuldu (FOTOLAR)

3 azərbaycanlı canlı bomba tutuldu (FOTOLAR)
  • Dünya

  • Türkiyənin Suriya ilə sərhəddində partlayıcı maddə və canlı bomba jileti daşıyan 5 nəfər terrorist həbs edilib.

    Asiya.az xəbər verir ki, Kilisin İnölü kəndində polislərin keçirdiyi əməliyyat nəticəsində həbs edilənlər arasında 3 azərbaycanlı var. Bunlar 29 yaşlı Sərxan Əliyev, 37 yaşlı Gülnur Şirməmmədova, 42 yaşlı Nazənin Zeynalovadır. Digər iki terrorçu 44 yaşlı Anaçtaçnir Pozdiva və və 37 yaşlı Begzat Spahiçdir. Onlar "İŞİD terror təşkilatına üzv olmaq və partlayıcı maddə daşımaq" maddələri ilə ittiham olunur.

    Qeyd edək ki, yanlarında 2 uşaq olan terrorçuların üzərindən 3 rus tipi əl bombası, 4 alışdırıcı, C4 partlayıcısı, 2 ədəd bel çantası, partlayıcı açarları və 1 ədəd canlı bomba jileti ələ keçirilmişdi.
    3 azərbaycanlı canlı bomba tutuldu (FOTOLAR)
    3 azərbaycanlı canlı bomba tutuldu (FOTOLAR)
    3 azərbaycanlı canlı bomba tutuldu (FOTOLAR)
    3 azərbaycanlı canlı bomba tutuldu (FOTOLAR)
    PAYLAŞ:

    Oxşar xəbərlər