Asiya.az xəbər verir ki, Qusar rayon Şəhidlər xiyabanında keçirilən dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Şəhidin tabutu üzərinə çəkilən Azərbaycan bayrağı onun atasına təqdim olunub.
Yaylım atəşi açıldıqdan, dövlət himni səsləndirildikdən sonra şəhid əsgər torpağa tapşırılıb.
Ermənistanın təxribatı nəticəsində şəhid olan hərbi qulluqçumuz əsgər Şahvələdov Sultan Niyaz oğlunun fotosu da yayılıb.
Asiya.az xəbər verir ki, şəhid əsgərin fotosununu İstipress-in şimal bürosu əldə edib.