Ziya Məmmədovun müşaviri qohumuna həbs - İstəyir

Ziya Məmmədovun müşaviri qohumuna həbs - İstəyir
  • Hadisə

  • Dələduzluqda təqsirləndirilən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sabiq nəzarətçisi Rövşən Əhmədov barəsində hökmündən verilən şikayət üzrə məhkəmə prosesi başlayıb.

    Asiya.az xəbər verir ki, vəzifəli qohumunun 7 kiloqram qızılını mənimsəməkdə təqsirlənidirlən Rövşən Əhmədov Bakı Ağır Cinayətlər Məhkəməsində bəraət alıb.

    Prokurorluq bu bəraət hökmündən apelyasiya protesti verib. Protestdə bəraət hökmünün ləğvi və təqsirlənidrilən şəxsin 10 il azadlıqdan məhrum edilməsi istənilir.

    Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınan sabiq nəqliyyat naziri Ziya Məmmədovun müşaviri olmuş Çingiz Baxşıyevin nümayəndəsi də apelyasiya şikayəti verib.

    Tərəflərin şikayətləri Bakı Apelyasiya Məhkəməsində hakim Əmir Bayramovun icraatında araşdırılır.

    Məhkəmə baxışı iyunun 20-nə təyin edilib.

    İttihama görə, sabiq nəqliyyat naziri Ziya Məmmədovun müşaviri olmuş Çingiz Baxşıyev Rövşən Əhmədovun qohumudur. O, Çingiz Baxşıyevdən və onun qızları Fatimə İbrahimova ilə Sevil Baxşiyevadan, ümumilikdə 800 min manat məbləğində qızıl və nağd pul alaraq qaytarmamaqda təqsirləndirilib.

    Çingiz Baxşiyev Nəqliyyat nazirinin sabiq müşaviri olub. Bundan əvvəl isə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsində işləyib.
    PAYLAŞ:

    Oxşar xəbərlər