Dövlət qulluğuna hazırlaşanlara şad xəbər

Dövlət qulluğuna hazırlaşanlara şad xəbər
  • Sosial, Cəmiyyət

  • Azərbaycanda dövlət qulluğuna qəbulla bağlı keçiriləcək müsahibələr ödənişsiz olacaq.

    Asiya.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə APA-ya açıqlamasında deyib ki, müsahibənin keçirilməsi ilə bağlı “Dövlət qulluğu haqqında” qanuna edilən müvafiq dəyişikliklər layihəsi Milli Məclis tərəfindən bu yaxınlarda qəbul edilib.

    Onun sözlərinə görə, dəyişikliyə əsasən müsahibə qrupunun tərkibi 3 nəfərdən ibarət olacaq, onlardan biri müvafiq dövlət orqanının nümayəndəsi, biri Dövlət İmtahan Mərkəzinin nümayəndəsi, biri isə müstəqil ekspert olacaq. M.Abbaszadə qeyd edib ki, müsahibə barədə elan Dövlət İmtahan Mərkəzinin və müvafiq dövlət orqanının internet portalında veriləcək: “Müsahibələr ödənişsiz olacaq. Yardımçı vəzifələr üzrə müsabiqələr keçirilməyəcək. Qeyd edilən qanun qüvvəyə mindikdən sonra müsahibələrin keçirilməsi qaydasının təsdiq edilməsi gözlənilir və həmin qaydalarla müsahibənin keçirilməsi, qiymətləndirilmənin aparılması qaydası tənzimlənəcək”.
    PAYLAŞ:

    Oxşar xəbərlər