"Gənclik" metrostansiyasının qarşısında faciə: Adam öldü

"Gənclik" metrostansiyasının qarşısında faciə: Adam öldü
  • Olay

  • Bakı sakini küçədə vəfat edib.

    Asiya.az xəbər verir ki, dünən metronun "Gənclik" stansiyasının qarşısında - "Atatürk" prospekti, 2 ünvanının qarşısında 1968-ci il təvəllüdlü Əliyev İlqar Tofiq oğlu qəfil yıxılıb. Hadisə şahidləri onun vəziyyətinin ağır olduğunu görüb təcili yardım çağırıblar. Lakin artıq gec olub və həkimlər 49 yaşlı kişinin vəfat etdiyini müəyyən ediblər.

    Araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər