Qəndab Quliyevanın həkimi:"Ağır xəstədir"

Qəndab Quliyevanın həkimi:"Ağır xəstədir"
  • Mədəniyyət

  • Xalq artisti Qəndab Quliyevanın vəziyyəti stabildir.

    Asiya.az xəbər verir ki,bu barədə APA-ya Respublika Müalicəvi Diaqnostika Mərkəzi nəzdində Bakı Ürək Mərkəzinin Kardiologiya şöbəsinin rəhbəri Abbasəli Abbasəliyev məlumat verib.

    Onun sözlərinə görə, xalq artisti ürək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib: "Düzdür, ağır xəstədir, amma vəziyyəti stabil qiymətləndirilir. Əlimizdəki parametrlər göstərir ki, orqanların funksiyası qaydasındadır. Eyni zamanda xroniki böyrək çatışmazlığı da var. Ürək çatışmazlığı ağır xəstəlik hesab olunur, amma hazırkı vəziyyəti stabildir, qorxulu heç nə yoxdur ".

    Abbasəli Abbasəliyev əlavə edib ki, xalq artistinin reanimasiyaya yerləşdirilməsinin səbəbi təkcə ürək çatışmazlığı deyil: "Psixoloji sıxıntıları var idi. Qəndab xanıma rahatçılıq olsun deyə reanimasiyaya yerləşdirdik. Çox güman ki, bir-iki gün reanimasiya şöbəsində qalacaq”.
    PAYLAŞ:

    Oxşar xəbərlər