Masallıda ağır yol qəzası baş verib: ölən və yaralanan var

Masallıda ağır yol qəzası baş verib: ölən və yaralanan var
  • Kriminal

  • Bu gün Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Asiya.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Masallı rayonu, Sərçuvar kəndində “Mercedes” markalı yük avtomobilinin “VAZ” markalı minik avtomobili ilə toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub. Nəticədə “VAZ” markalı avtomobilin sürücüsü, 1988-ci il təvəllüdlü Bayramov Elmin Maarif oğlunun və avtomobildə olan 1 nəfər sərnişinin, 1966-cı il təvəllüdlü Abbasova Reyhanə Maşallah qızının sıxılmış vəziyyətdə qalmış cəsədləri yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

    E. Bayramovun qardaşı, 1991-ci il təvəllüdlü Mahir Bayramov, yük avtomobilində olan Beyləqan rayon sakinləri, 1980-ci il təvəllüdlü Mehdi Hüseynov və Bəhruz Qafarov isə ağır xəsarət alıblar.

    Xəstəxanaya aparılan şəxslərin vəziyyəti ağır qiymətləndirilir.

    Əməliyyat saat 06:30-da başa çatıb.

    Fakt araşdırılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər