Azərbaycanda məhkəmə sədri işə gedərkən öldü

Azərbaycanda məhkəmə sədri işə gedərkən öldü
  • Sosial, Cəmiyyət, Olay

  • Göyçayda məhkəmə sədri vəfat edib.

    Asiya.az Femida.az-a istinadən xəbər verir ki, Göyçay Rayon Məhkəməsinin sədri Fərhad Əfəndiyev bu gün səhər saatlarında vəfat edib. İlkin məlumata görə, sədrin ölümünə səbəb ürək tutması olub.

    Fərhad Əfəndiyev 1958-ci ildə anadan olub.

    O, 1999 - 2000-ci illərdə Bakı Şəhər Prokurorluğunda mətbuat xidməti üzrə aparıcı mütəxəssis, 2000 - 2007-ci illərdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi, 2007 - 2012-ci illərdə Mingəçevir Şəhər Məhkəməsinin sədri işləyib.

    2012 -ci ildən Göyçay Rayon Məhkəməsinin sədri vəzifəsində işləyib.

    Lent.az xəbər verir ki, məhkəmə sədri səhər işə gəlmək üçün evdən çıxarkən halı qəfil pisləşib. Təcili tibbi yardım briqadası gəlsə də, artıq gec olub və 59 yaşlı məhkəmə sədri vəfat edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər