Azərbaycanda nazir departament rəhbərlərini dəyişdi

Azərbaycanda nazir departament rəhbərlərini dəyişdi
  • Siyasət, İQTİSADİYYAT, Manşet

  • Vergilər Nazirliyində yenidən kadr dəyişiklikləri aparılıb.

    Asiya.az “Report”a istinadən xəbər verir ki, Vergilər Nazirliyi yanında Milli gəlirlər Departamentinin baş direktoru Habil Məmmədov Vergilər Nazirliyi yanında Lokal gəlirlər Departamentinin baş direktoru vəzifəsinə keçirilib.

    Onun yerinə Vergi risklərinin təhlili və nəzarəti Departamentinin baş direktoru Natiq Şirinov təyin edilib. Lokal gəlirlər Departamentinin baş direktoru Nəsimi Cəfərov Daxili təhlükəsizlik Departamentinin baş direktorunun müavini vəzifəsinə keçirilib.

    Bakı şəhəri Kiçik sahibkarlıqla iş Departamentinin baş direktoru Sərxan Məmmədov isə Nazirliyin 3 saylı Ərazi Vergilər İdarəsinin (ƏVİ) direktoru vəzifəsinə təyinat alıb. 3 saylı ƏVİ-nin direktoru Səməd Vəliyev isə Bakı şəhəri Kiçik sahibkarlıqla iş Departamentinin baş direktoru təyin edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər