Bakıda şəhid bulağı söküldü, yerində pivəxana açdılar (FOTOLAR)

Bakıda şəhid bulağı söküldü, yerində pivəxana açdılar (FOTOLAR)
  • Sosial

  • Yasamalda “Şəhid bulağı” sökülüb. Qarabağ döyüşlərində qəhrəmancasına həlak olmuş şəhid Allahverdiyev Məhəmməd Şurulla oğlunun xatirəsinə ucaldılan bulaq-kompleksin yerində “Qarabağ” adlı kababxana-pivəxana açılıb. Obyektdə, eyni zamanda, mal əti satışı da həyata keçirilir.

    Asiya.az oxu.az-a istinadla xəbər verir ki, sözügedən ərazi Yasamalda - Talıblı və Şərifzadə küçələrinin kəsişməsində yerləşir.

    Məlumatda qeyd edilir ki, həmin ərazidə Qarabağ döyüşlərində qəhrəmancasına həlak olmuş şəhid Allahverdiyev Məhəmməd Şurulla oğlunun xatirəsinə bulaq kompleksi ucaldılmışdı. Bir müddət əvvəl ərazinin bir hissəsi zəbt edilərək, “Qarabağ” adlı kababxana açılıb, eyni zamanda, mal əti satışı ilə məşğul olmağa başlanılıb.

    May ayının sonlarında şəhidin adına olan bulaq bir gecə içərisində sökülüb, yerinə masalar düzülərək ərazi kababxananın tərkibinə qatılıb.

    “Ərazidə yaşayan qonşuların dəfələrlə irad bildirməsinə baxmayaraq, sahibkar və orada çalışanlar insanları hədələyir, onlarla aqressiv davranırlar”, - şikayətçilərdən birinin Oxu.az-a yazdığı məktubunda qeyd edir.

    Yasamal rayon icra başçısının səlahiyyətlərini müvəqqəti olaraq yerinə yetirən birinci müavini Səməd İslamov Oxu.Az-a açıqlamasında məsələ ilə bağlı göstərişlər verdiyini bildirib:

    “Şəhid bulağının sökülməsindən internetdə məlumat aldıq. Bu, bizi də narahat etdi. Artıq bu məsələnin araşdırılmasına başlamışıq. Nə baş verdiyini dəqiqləşdirdikdən sonra sizi məlumatlandıracağıq”.

    Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi” qaydalarının 3.1.4.bəndində bildirilir ki, Vətən uğrunda göstərilən qəhrəmanlıqla bağlı döyüş yerlərinin, habelə dəfn yerlərinin qorunması və abadlaşdırılması, qəbirüstü daşların, xatirə abidələrinin qorunması dövlət tərəfindən təşkil edilir.


    Bakıda şəhid bulağı söküldü, yerində pivəxana açdılar (FOTOLAR)
    Bakıda şəhid bulağı söküldü, yerində pivəxana açdılar (FOTOLAR)
    Bakıda şəhid bulağı söküldü, yerində pivəxana açdılar (FOTOLAR)
    Bakıda şəhid bulağı söküldü, yerində pivəxana açdılar (FOTOLAR)
    Bakıda şəhid bulağı söküldü, yerində pivəxana açdılar (FOTOLAR)
    Bakıda şəhid bulağı söküldü, yerində pivəxana açdılar (FOTOLAR)
    PAYLAŞ:

    Oxşar xəbərlər