Generalın həbs olunan oğlunun dəbdəbəli həyatı - Yenilənib – FOTO

Generalın həbs olunan oğlunun dəbdəbəli həyatı - Yenilənib – FOTO
  • Sosial, Cəmiyyət, Manşet

  • [b]Avtobus sürücüsünə hücum edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin sabiq müavini Novruzəli Orucovun oğlu Rüstəm Orucovun avtomobillərinin və lüks həyatının görüntüləri yayılıb.[/b]

    Asiya.az goldnews.az-a istinadən general oğlunun lüks həyatını əks etdirən fotoları təqdim edir:

    Generalın həbs olunan oğlunun dəbdəbəli həyatı - Yenilənib – FOTO
    Generalın həbs olunan oğlunun dəbdəbəli həyatı - Yenilənib – FOTO
    Generalın həbs olunan oğlunun dəbdəbəli həyatı - Yenilənib – FOTO
    Generalın həbs olunan oğlunun dəbdəbəli həyatı - Yenilənib – FOTO
    Generalın həbs olunan oğlunun dəbdəbəli həyatı - Yenilənib – FOTO
    Generalın həbs olunan oğlunun dəbdəbəli həyatı - Yenilənib – FOTO
    Generalın həbs olunan oğlunun dəbdəbəli həyatı - Yenilənib – FOTO
    [b]Baş Prokurorluq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin eks-müavini Novruzəli Orucovun oğlu Rüstəm Orucovla bağlı məlumat yayıb.[/b]

    Qurumun mətbuat xidmətindən azxeber.com-a verilən məlumatda onu həbsinin detalları açıqlanıb:

    2017-ci il iyulun 3-də Bakı şəhər sakini Rüstəm Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi "BMW” markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatçılığına və insanlarda vahiməyə səbəb olmuş, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.

    Qeyd edilməlidir ki, Rüstəm Orucov piyadanın ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçdığına görə hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olmuş, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib. Yuxarıda qeyd olunmuş xuliqanlıq hadisəsi də məhz onun şərti azadlıqda olduğu dövrdə baş verib.

    Faktla bağlı 2017-ci il 4 iyul tarixdə Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanmışdır.
    R.Orucov həmin maddə ilə ittiham olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

    Hazırda iş üzrə cinayəti törətməkdə təqsiri olan digər şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

    [b]***[/b]

    b]Avtobus sürücüsünə hücum edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin sabiq müavini Novruzəli Orucovun oğlu Rüstəm Orucovun avtomobillərinin görüntüləri yayılıb.[/b]

    Sürücülük hüququndan məhrum edilən Rüstəm Orucov 10-OG-300 nömrəli "BMW”-nin sükanı arxasına əyləşərək qaydaları pozub və avtobus sürücüsü Sənan Səmədovu döyüb.

    Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev dünən Novruzəli Hüseyn oğlu Orucovun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

    Oxu.az


    Generalın həbs olunan oğlunun dəbdəbəli həyatı - Yenilənib – FOTO
    Generalın həbs olunan oğlunun dəbdəbəli həyatı - Yenilənib – FOTO
    Generalın həbs olunan oğlunun dəbdəbəli həyatı - Yenilənib – FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər