Azərbaycanda bələdiyyə sədri özünü öldürdü- Səbəbi

Azərbaycanda bələdiyyə sədri özünü öldürdü- Səbəbi
  • Hadisə

  • Şəkidə bələdiyyə sədri özünü asıb.

    Asiya.az xəbər verir ki, Şəkinin Qoxmuq kənd bələdiyyəsinin sədri Fətəli Lütfəli oğlu Rüstəmovun meyiti kənd ərazisində köhnə tikilidə asılmış vəziyyətdə tapılıb.Qoxmuq kənd icra nümayəndəsi İlqar Həsənov kənd bələdiyyəsinin sədri Fətəli Lütfəli oğlu Rüstəmovun intiharı barədə danışıb.

    Asiya.az-ın ölkə.az-a istinadən verdiyi məlumata görə, icra nümayəndəsi mərhumun borcunun olduğunu açıqlayıb: "İnsan kimi insan, yoldaş kimi yoldaş idi. Ağlımıza gəlməyən vəziyyətdir, şokdayıq. Amma axırıncı axşam atasına deyib ki, bir az borcum var. Günün yetmiş faizini bir yerdə olmuşuq. Bunun ora-bura çıxmağı da olmurdu. Ancaq borcun məbləğindən xəbərimiz yoxdur”

    1971-ci il təvəllüdlü F.Rüstəmov evli olub, iki övladı var.

    Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.

    Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət içi başlayıb, araşdırma aparılır
    PAYLAŞ:

    Oxşar xəbərlər