Bakıda marşrut avtobusu dayanacaqda piyadanın üstünə çıxdı: ölən var

Bakıda marşrut avtobusu dayanacaqda piyadanın üstünə çıxdı: ölən var
  • Sosial / Olay

  • Bakıda marşrut avtobusu ağır qəza törədib.

    Asiya.az xəbər verir ki, saat 20 radələrində Binəqədi rayonu ərazisində, Bakı-Şamaxı yolunun 9-cu kilometrliyində dayanacaqda Abşeron rayon sakini Ceyhun Şirəliyev idarə etdiyi "İsuzu" markalı, 50 BD 389 dövlət nömrə nişanlı xətt avtobusunu arxaya verərkən Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Eldar Kərimovu vurub. Xəstəxanaya yerləşdirilən E.Kərimov orada ölüb.

    Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər