İyulun 18-nə olan hava proqnozu

İyulun 18-nə olan hava proqnozu
  • Sosial

  • İyulun 18-də Bakı və Abşeron yarımadasında hava günəşli olacaq.

    Asiya.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən verdiyi məlumata görə, şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturunun gecə 20-25° isti, gündüz 32-37°, Bakıda gecə 23-25° isti, gündüz 34-36° isti olacağı gözlənilir.

    Atmosfer təzyiqi norma daxilində - 761 mm civə sütunu təşkil edəcək.

    Nisbi rütubət gecə 55-65%, gündüz 35-45 % olacaq.

    Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25°, Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti təşkil edəcək.

    Tibbi-meteoroloji proqnoz

    Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 18-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü fonunda gündüz isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir.

    Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Şərq küləyi əsəcək.

    Havanın temperaturunun gecə 20-25° isti, gündüz 34-39° isti, dağlarda gecə 13-18° isti, gündüz 22-27° isti olacağı gözlənilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər