İstirahətdən qayıdan idmançı adam öldürdü - Bakıda

İstirahətdən qayıdan idmançı adam öldürdü - Bakıda
  • Sosial / Olay

  • Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

    Asiya.az xəbər verir ki, dünən axşam saatlarında Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində 1984-cü il təvəllüdlü Səfiyev Bəhmən Süleyman oğlu idarə etdiyi "Mercedes Galendewagen" markalı avtomobillə piyadanı vurub. Ağır xəsarət alan piyada hadisə yerində ölüb. Araşdırmalardan sonra məlum olub ki, ölən şəxs 1959-cu il təvəllüdlü Musayev Elman Zaman oğludur.

    Bildirilir ki, qəzanı törədən Bəhman Səfiyev idmançıdır. O, Bilgəhdəki çimərlikdən şəhərə qayıdarkən qəza törədib.

    Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər