Bakıda dəniz limanında dəhşətli hadisə - Yenilənib

Bakıda dəniz limanında dəhşətli hadisə - Yenilənib
  • Sosial / Olay

  • Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC dünən quru yük limanında baş vermiş bədbəxt hadisə ilə bağlı açıqlama verib.

    QSC-nin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev bildirib ki, faciəvi şəkildə vəfat edən 26 yaşlı Hilal Məmmədyarlının iş sığortası olub və onun ailəsi maddi yardım alacaq: “Məlum hadisənin baş verməsindən çox təssüflənirik. Dünyasını dəyişən Hilal Məmmədyarlının ailəsinə və yaxınlarına başsağlığı veririk. Hadisənin baş vermə səbəbləri araşdırılır”.

    ***

    Bakı şəhərində yerləşən dəniz limanında bədbəxt hadisə baş verib.

    Asiya.az xəbər verir ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xətai rayonu ərazisindəki Quru Yük Limanında doker-mexanizator vəzifəsində çalışan 1991-ci il təvəllüdlü Məmmədyarlı Hilal Səfiyar oğlu idarə etdiyi avtokarın altında qalıb. Belə ki, 26 yaşlı işçi idarə etdiyi 3,5 tonluq avtokarı sürərkən yük daşıyan texnikanın təkəri dəmir yolu relsinin üstünə çıxıb. Yüklə dolu avtokarın aşacağını görən gənc özünü yerə ataraq xilas olmağa çalışıb. Lakin buna baxmayaraq avtokarın altında qalıb. Ağır vəziyyətdə Respublika Nevrocərrahiyyə xəstəxanasına aparılan Hilal Məmmədyarlının həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər