Masallıda qəza- sürücü ağır yaralandı

Masallıda qəza- sürücü ağır yaralandı
  • Hadisə

  • Masallıda avtomobil yoldan çıxaraq aşıb, sürücü xəsarət alıb.

    Asiya.az xəbər verir ki, hadisə Masallı-Yardımlı yolunda, Masallının Qəriblər kəndi ərazisində qeydə alınıb. Masallının Ərkivan qəsəbə sakini 1970-ci il təvəllüdlü Süleyman Ramazan oğlu Abdullayevin idarə etdiyi "VAZ-21011” markalı avtomaşın hərəkətdə olarkən idarəetməni itirərək aşıb. Nəticədə sürücü xəsarət alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu deyilir.

    Hadisəyə yüksək sürətin səbəb olduğu bildirilir.

    Fakt araşdırılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər