İyulun 24-nə olan hava proqnozu

İyulun 24-nə olan hava proqnozu
  • Sosial

  • Ekologiya və Təbii Sərvətlər Nazirliyi iyulun 24-də gözlənilən hava şəraitini açıqlayıb.

    Asiya.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
    Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-24° isti, gündüz 30-34° isti,
    Bakıda gecə 22-24° isti, gündüz 32-34° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 45-55% olacaq.

    Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək.

    Azərbaycanın rayonlarında da yağmursuz hava şəraiti gözlənilir. Lakin axşam və gecə əsasən bəzi şimal və qərb rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir, intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti, dağlarda gecə 15-20° isti, gündüz 23-28° isti olacağı gözlənilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər