Azərbaycanda həbsdən azad edilmiş insanların sayı artıb.

Azərbaycanda həbsdən azad edilmiş insanların sayı artıb.
  • Sosial / Manşet

  • Bu barədə ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilmiş nazirliyin kollegiya iclasında deyilib.

    Asiya.az xəbər verir ki, prezident İlham Əliyevin "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" 2017-ci il 10 fevral tarixli sərəncamında verilmiş tapşırıq və tövsiyələrin icrası nəticəsində ötən ilin birinci yarımili ilə müqayisədə istintaq təcridxanalarına daxil olan həbs edilmiş şəxslərin sayı 25 faizə qədər azalıb, həbsdən azad edilmiş insanların sayı isə 28% artıb. Bundan başqa, müxtəlif əsaslarla, o cümlədən cəzanın yüngüllüyü ilə bağlı hökmlərdən verilən protestlər də xeyli azalıb.

    Kollegiyada sərəncamın icrası üzrə görülmüş işlərə dair geniş prezentasiya nümayiş etdirilib, bu mühüm sənəddə nəzərdə tutulan bütün tədbirlərin dürüst, mütəşəkkil və müəyyən edilmiş müddətdə həyata keçirilməsi ilə bağlı əlavə tapşırıqlar verilib.

    İclasda həmçinin 2017-ci ilin birinci yarısında ədliyyə orqanları tərəfindən nazirliyin digər fəaliyyət istiqamətləri üzrə görülmüş işlər barədə də ətraflı məlumatlar səsləndirilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər