Deputat partlayış baş verən fabrikində

Deputat partlayış baş verən fabrikində
  • Sosial / Olay

  • Deputat İqbal Məmmədov ona məxsus olduğu bildirilən və bir neçə saat əvvəl partlayış baş verən toyuqçuluq fermasına gedib.

    Olay Lerikin Piran kəndində ərazisindəki "Lerik Broyler” MMC-də meydana gəlib. Partlayış zamanı orada çalışan Piran kənd sakini, 1982-ci il təvəllüdlü Valeh Oruc oğlu Məmmədov dünyasını dəyişib.

    Partlayış nəticəsində daha iki nəfər – 1978-ci il təvəllüdlü Mehman Ağamir oğlu Əliyev və 1975-ci il təvəllüdlü Akif Oruc oğlu Aslanov xəsarət alıblar. Hazırda bu şəxslərin Lerik Mərkəzi Xəstəxanasına çatırılmaları üçün tədbir görülür. Deputat zənglərimizi cavabsız buraxdığından onun köməkçisi Rəsul Nəbiyevlə əlaqə saxladıq. R.Nəbiyev bildirib ki, hazırda deputat hadisə yerindədir. O, broylerin İ.Məmmədova məxsusluğu haqda deyilənlərə də aydınlıq gətirib.

    "İqbal müəllim hazırda partlayış baş verən ərazidədir. O, rayonun deputatı olaraq həmin əraziyə gedib. Həmin broyler İqbal Məmmədovun deyil. Rayonda nə varsa, İqbal müəllimin adına çıxarırlar. Oranın İqbal müəllimə aidiyyatı yoxdur” –deyə R.Nəbiyev bildirib.

    Əlavə edib ki, İqbal Məmmədovun ailə üzvlərindən kimsənin həmin broylerdə çalışması istisna deyil: "Amma oranın biləvasitə İqbal müəllimə aidiyyatı yoxdur”.

    Köməkçisi deyib ki, İ.Məmmədov deputat seçilənə qədər də həmin broyler ona məxsus olmayıb.

    Partlayışın səbəbinə gəlincə isə köməkçi deyib ki, ilkin ehtimala görə partlayış qaz sızmasından baş verib: "Söhbət məişətdə işlənən qazdan getmir. Texnikaların özündə istifadə olunan qaz partlayışının ehtimalı var. partlayış bildiyimiz mavi yanacaqdan deyil. Məlumatımız budur. Kəsim sexində aparatda qaz sızması olub, nəticədə aparatın qapağı yerindən qopub və orada işləyənlərdən birinə dəyib. Orada elə də böyük partlayış olmaylıb. Aparatın qapağı yerindən çıxıb”.

    Köməkçi olayın qəsd nəticəsində baş verə biləcəyi haqda məlumata malik olmadığını deyib: "İnanmıram qəsd məsələsi var. Çox güman ki, nasazlıq olub”.

    Musavat.com
    PAYLAŞ:

    Oxşar xəbərlər