Məşhur aparıcının həyat yoldaşını güllələdilər

Məşhur aparıcının həyat yoldaşını güllələdilər
  • Dünya / Hadisə

  • Məşhur "Sihirli annem" serialında ekranlara gələn və sonra televiziya aparıcılığı ilə məşğul olan Jess Molhonun həyat yoldaşı Zeynəb Molho Türkiyənin Bodrum bölgəsində yerləşən gecə klubundakı insidentdə yaralanıb.

    Asiya.az Türkiyə mediasına istinadən xəbər verir ki, gecə saatlarında baş verən silahlı hücumda yaralananlar arasında aparıcının həyat yoldaşı da var. Mərmi onun kürəyinə girib, lakin daxili orqanlarını zədələməyib və bir qabırğası qırılıb.

    Hadisə barədə açıqlama verən Molho bildirib ki, həyat yoldaşı möcüzəvi şəkildə həyatda qalıb və sabah keçiriləcək əməliyyatla mərmi çıxarılacaq.

    Qeyd edək ki, baş verən hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər