Azərbaycan Prezidenti rayonlara səfərə gedib (FOTO)

Azərbaycan Prezidenti rayonlara səfərə gedib (FOTO)
  • Siyasət / Manşet

  • Azərbaycan prezidenti İlham Əliyev Balakən rayonuna səfər edib.

    Asiya.az xəbər verir ki, dövlət başçısı əvvəlcə mədəniyyət və istirahət parkında Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyub.

    Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev prezident İlham Əliyevə parkda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.

    Bildirilib ki, bu park həm rayon sakinlərinin, həm də qonaqların asudə vaxtlarını səmərəli keçirmək üçün üz tutduqları gözəl məkanlardan biridir.

    ***

    Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zaqatala rayonuna da səfərə gedib.

    Asiya.az xəbər verir ki, dövlət başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında dahi şəxsiyyətin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

    Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Prezident İlham Əliyevə abidənin ətrafında və parkda görülən işlər barədə məlumat verib. Bildirilib ki, parkda geniş abadlıq işləri görülüb, sakinlərin səmərəli istirahəti üçün hərtərəfli şərait yaradılıb.


    Azərbaycan Prezidenti rayonlara səfərə gedib (FOTO)
    Azərbaycan Prezidenti rayonlara səfərə gedib (FOTO)
    Azərbaycan Prezidenti rayonlara səfərə gedib (FOTO)
    Azərbaycan Prezidenti rayonlara səfərə gedib (FOTO)
    Azərbaycan Prezidenti rayonlara səfərə gedib (FOTO)
    PAYLAŞ:

    Oxşar xəbərlər