Araz Ağalarovun şəriki güllələndi - FOTOLAR

Araz Ağalarovun şəriki güllələndi - FOTOLAR
  • Dünya / Cəmiyyət / Hadisə

  • Moskvada “Crocus City Oceanarium”un baş direktoru və təsisçisi güllələnib.

    Asiya.az virtualaz.org-a istinadən xəbər verir ki, hadisə dünən səhər baş verib.

    Rusiya İstintaq Komitəsi məlumatı təsdiqləyib, qətlin bəzi təfərrüatlarını açıqlayıb.

    Məlumata görə öldürülən şəxs 52 yaşlı biznesmen Andrey Çernovdur. Qətl avqustun 4-də səhər saatlarında Suvorov parkında törədilib. Naməlum killer biznesmenə 6 dəfə atəş açıb. Çernov hadisə yerində ölüb.

    Hüquq-mühafizə orqanlarındakı mənbələrdən isə TASS-a bildiriblər ki, Çernovu səhər qaçışı zamanı güllələyiblər. Mənbə biznesmenə 6 dəfə yox, 7 dəfə atəş açıldığını bidirib:

    “Çernovun yaxınlarının və qohumlarının bildirdiyinə görə, onun mövcud biznesi ilə bağlı heç bir problemi yox idi və ya rəqibləri ilə münaqişəsi olmamışdı”.

    Rusiya mətbuatı qətlin sifarişli olduğunu ehtimal edir. Life.ru bildirir ki, killer biznesmeni bir neçə gün ərzində izləyib və qətl üçün ideal yer seçib. Hadisənin baş verdiyi yerin yaxınlığında heç bir videomüşahidə kamerası yoxdur və biznesmenin güllələndiyini görən olmayıb. Killer hadisə yerində heç bir ip ucu buraxmadan uzaqlaşıb.

    Qeyd edək k, “Crocus City Oceanarium” 2016-cı ilin sonlarında Araz Ağalarova məxsus “Crocus City” ticarət-əyləncə mərkəzində açılıb. Bu, Ağalarovun biznes aktivlərindən biridir. Ötən il okeanariumun açılışı zamanı elan olunub ki, orada 10 minə yaxın dəniz canlısı yaşayır. Onlar planetin ən müxtəlif regionlarından gətirilib.


    Araz Ağalarovun şəriki güllələndi - FOTOLAR
    Araz Ağalarovun şəriki güllələndi - FOTOLAR
    Araz Ağalarovun şəriki güllələndi - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər