İlham Əliyev Türkmənistan prezidenti ilə görüşüb (FOTOLAR)

  • Siyasət / Manşet

  • Azərbaycanda rəsmi səfərdə olan Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun avqustun 8-də rəsmi qarşılanma mərasimi olub.

    Asiya.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkmənistan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib. Azərbaycan prezidenti İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovu qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Türkmənistan prezidentinə raport verib.

    Türkmənistanın və Azərbaycanın dövlət himnləri səsləndirilib. İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Türkmənistan prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

    Azərbaycanın dövlət və hökumət nümayəndələri Qurbanqulu Berdiməhəmmədova, Türkmənistan nümayəndə heyətinin üzvləri İlham Əliyevə təqdim olunub. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

    Əvvəlcə İlham Əliyevlə Qurbanqulu Berdiməhəmmədovun təkbətək görüşü olub. Daha sonra isə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.

    PAYLAŞ:

    Oxşar xəbərlər