Prezident bu məmurların maaşını artırdı (SİYAHI)

Prezident bu məmurların maaşını artırdı (SİYAHI)
  • Siyasət / Manşet

  • Azərbaycan prezidenti İlham Əliyev “Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında” 2008-ci il 9 iyul tarixli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

    Asiya.az xəbər verir ki, “Azərbaycan Respublikasında dövlət qulluqçularının aylıq vəzifə maaşları”nda “İnzibati vəzifələrin təsnifatı üzrə:” hissəsinin “Yeddinci təsnifat” bəndinə “Yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində:” yarımbəndindən əvvəl aşağıdakı məzmunda yarımbənd əlavə edilib:

    Gəncə və Sumqayıt icra hakimiyyəti başçılarının yanında olan orqanlarda:

    rəhbər
    - 365

    rəhbərin müavini - 345

    sektor müdiri, baş mühasib - 315

    baş məsləhətçi - 290

    böyük məsləhətçi - 285

    aparıcı məsləhətçi - 280

    məsləhətçi - 275
    PAYLAŞ:

    Oxşar xəbərlər