FHN-dən Əli Həsənovun nəvəsi ilə ötüşən “Maqa” ilə bağlı açıaqlama

FHN-dən Əli Həsənovun nəvəsi ilə ötüşən “Maqa” ilə bağlı açıaqlama
  • Sosial / Cəmiyyət

  • Dünən bəzi kütləvi informasiya vasitələrində Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevlə yarışa çıxdığı üçün haqqında bir aylıq inzibati həbs qərarı verilən Mirməhəmməd İsmayılovun Fövqəladə Hallar Nazirliyinin akademiyasında oxuduğu və bu hadisəyə qədər də nazirliyin əməkdaşı olduğu barədə məlumat yayılıb.

    Asiya.az xəbər verir ki. məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən Lent.az-a bildirilib ki, yayılan məlumat həqiqəti əks etdirmir. Bildirilir ki, M. İsmayılov 2012-ci ildə həqiqətən də FHN-nin akademiyasına qəbul olmaq üçün sənədlərini təqdim edib.

    Lakin o, Akademiyaya qəbul olmaq üçün qabiliyyət imtahanından keçsə də, test imtahanından keçə bilməyib. Nəticədə M.İsmayılov nazirliyin akademiyasına qəbul olmaq hüququ əldə etə bilməyib.

    Nazirlikdən o da qeyd edilib ki, həmçinin, M.İsmayılov heç bir zaman FHN sistemində hər hansı işdə işləməyib.

    Qeyd edək ki, “ölkə.az”-ın verdiyi məlumata görə, “Maqa” ləqəbli Mirməhəmməd İsmayılov 2012-ci ildə Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasına daxil olub. O, 2016-cı ildə həmin Akademiyanı bitirdikdən sonra FHN-də işə düzəlib.

    FHN-dən Əli Həsənovun nəvəsi ilə ötüşən “Maqa” ilə bağlı açıaqlama

    Xatırladaq ki, avqustun 3-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin idarə etdiyi “Mersedes-Gelandawagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

    “Galendewagen”in sükanı arxasında olan Nail Allahverdiyev barəsində 4 aylıq həbs qərarı çıxarılıb. Avtoxuliqanlıqda günahlandırılan “99-FS-777” dövlət nömrə nişanlı “Mazda” avtomobilinin sürücüsü Mirməhəmməd İsmayılovun isə Nərimanov Rayon Məhkəməsinə aparılaraq bir ay müddətinə inzibati həbs cəzasına məhkum edildiyi bildirilmişdi.

    Sosial şəbəkələrdə Mirməhəmməd İsmayılovun həbs edilmədiyi və avqust ayının 12-si qız, 17-si isə oğlan toyu olacağı məlumatı yayılsa da bu gün DİN açıqlama yayaraq yayılan məlumatın həqiqəti əks etdirmədiyini qeyd edib.

    Onu da bildirək ki, Mirməhəmməd İsmayılov Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin sabiq rəis müavini, polis mayoru Əlövsət İsmayılovun oğludur.
    PAYLAŞ:

    Oxşar xəbərlər