Ziya Məmmədov ölkədən gedib? (AÇIQLAMA)

Ziya Məmmədov ölkədən gedib? (AÇIQLAMA)
  • Siyasət, Manşet

  • Keçmiş nazir Ziya Məmmədovun ölkəni tərk etməsi barədə informasiya yayılıb.

    Bildirilib ki, eks-nazir ölkəni həmişəlik tərk etmək qərarına gəlib.

    Asiya.az xəbər verir ki, Modern.az saytı məsələni dəqiqləşdirmək üçün keçmiş nazirin qardaşı Elton Məmmədovla əlaqə saxlayıb.

    Eks-deputat xəbərə sərt cavab verib. O deyib ki, xəbər həqiqəti əks etdirmir: "Ölkəni də, vətəni də şərəfsizlər tərk edər! Ziya Məmmədov ölkəsini, vətənini niyə tərk etməlidir ki?!”.

    Sabiq deputat Elton Məmmədov mətbuatın Ziya Məmmədovla bağlı ona sual ünvanlamasını yaxşı qarşılamadığını da deyib: "Dəfələrlə bütün mətbuat nümayəndələrinə demişəm ki, mənimlə bağlı nə sualınız varsa, cavablandırmağa hazıram. Amma Ziya Məmmədovla bağlı mənə sual verməyin!”.
    PAYLAŞ:

    Oxşar xəbərlər