Azərbaycanlı idmançı nazirliyin önünə benzin tökdü: "Yaxın gəlsəz, özümü yandıracam" (VİDEO)

Azərbaycanlı idmançı nazirliyin önünə benzin tökdü: "Yaxın gəlsəz, özümü yandıracam" (VİDEO)
  • Sosial / Manşet / İdman

  • Azərbaycanlı boksçu Emin İsmayılov təkbaşına aksiya keçirib.

    Asiya.az xəbər verir ki, idmançı Gənclər və İdman Nazirliyinin binası önünə benzin töküb və nazirliyə təkbaşına etiraz edib.

    İdmançı deyib: "3 ildir ki, məni süründürürsüz, dinləmirsiz. Əgər cəsarətiniz varsa, mənə yaxınlaşın, kimsə məni yaxınlaşsa, özümü yandıracam".

    Ərazidə olan polislərin müdaxiləsindən sonra idmançı hadisə yerindən uzaqlaşdırılıb. Dostlarının dediyinə görə, 3 saatdan çoxdur ki, ondan xəbər yoxdur.

    Qeyd edək ki, boksçu Emin İsmayılov bir neçə müddətdir ki, ciddi zədədən əziyyət çəkir. O dəfələrlə müalicəsi üçün nazirliyə müraciət etsə də, müsbət cavab ala bilməyib. Bu səbəbdən də boksçu özünü yandıracağını deyib.

    O həmçinin qeyd edib ki, yaxın günlərdə özünü yandıracaq.


    PAYLAŞ:

    Oxşar xəbərlər