Əhəd Abıyev səhhəti ilə bağlı danışdı - Yenilənib

Əhəd Abıyev səhhəti ilə bağlı danışdı - Yenilənib
  • Siyasət / Manşet

  • “Dünən guya mənim səhhətimdə ciddi problemlərin yaranması və vəziyyətimin pisləşdiyi üçün təcili olaraq Almaniyaya aparıldığım barədə saytlarda yalan məlumatlar yayılıb”.

    Bu sözləri Gununsesi.info-ya açıqlamasında Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev deyib.

    Ə.Abıyev bildirib ki, barəsində yazılan məlumatların heç bir əsası yoxdur:

    “Barəmdə yazılanlarla bağlı bildirirəm ki, səhhətimdə heç bir problemim yoxdur, həm fiziki, həm də mənəvi baxımdan çox sağlamam. Həmişə olduğu kimi boksyor idmançı sağlamlığım da öz yerindədir. Hazırda iş başındayam. Dövlətimizə və əhaliyə sədaqətlə vəzifə xidmətimi davam etdirirəm.
    Mən iki ilə yaxındır ki, heç bir xarici dövlətlərdə olmamışam. Hətta Bakı şəhərinə belə Prezident Administrasiyasının icazəsi olmadan Daşkəsəni tərk etməmişəm. Səhhətim də, rayondakı işlərimiz də çox yaxşıdır, heç bir problemimiz yoxdur.
    Bir sözlə, mənim guya ağır vəziyyətdə Almaniyaya xəstəxanaya aparılmağım yalandır, böhtandır. Bu məlumatları yayanlar şərəfsiz, ləyaqətsiz, vicdansız, xəyanətkar adamlardır. Aydın məsələdir ki, yayılan bu yalan məlumatlar məni istəməyən şərəfsizlər, namussuzlar, nəslində erməni qanı olanlar tərəfindən ayrı-ayrı saytlara məqsədli şəkildə ötürülür. Məkrli planlarını gerçəkləşdirmək üçün jurnalistləri aldadaraq əsassız, yalan məlumatlar yayırlar”

    ***

    Daşkəsən rayonu İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin səhhətində ciddi problemlər yaranıb.

    Asiya.az yenicag.az-a istinadən xəbər verir ki, Ə.Abıyevin səhhəti pisləşdiyi üçün təcili olaraq Almaniyaya aparılıb. Bir həftədən çoxdur Almaniyada müalicə olunan icra başçısının səhhəti ilə bağlı hər hansı məlumat əldə etmək mümkün deyil. İcra başçısı ona edilən telefon zənglərini cavabsız qoyur.

    Məsələ burasındadır ki, Əhəd Abıyev bir müddət öncə Gəncədəki özəl xəstəxanaların birində ürəyindən əməliyyat olunub. Lakin, əməliyyatı uğursuz keçdiyindən, icra başçısının vəziyyəti daha da kritikləşib.

    Qeyd edək ki, Ə.Abıyev 3 dönəm millət vəkili olub.
    PAYLAŞ:

    Oxşar xəbərlər